Ceyhun Bayramov: Rusiya - Ukrayna müharibəsi Azərbaycana da təsir edib

Əsəd Abbaslı
Ceyhun Bayramov: Rusiya - Ukrayna müharibəsi Azərbaycana da təsir edib

Rusiya ilə Ukrayna arasında davam edən müharibə Azərbaycanın da üzərindən təsirsiz keçməyib.

Operativ Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 25-də Bakıda ukraynalı həmkarı Andrey Sibiqa ilə birgə keçirilən mətbuat konfrasında bildirib.

"Münaqişə regionda sabitliyə mənfi təsir göstərməklə yanaşı, iqtisadi sahədə də bir sıra çətinliklər yaradıb. Xüsusilə, Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsində azalma müşahidə olunur. Bu isə iqtisadi əməkdaşlığın intensivliyinə mənfi təsir göstərib və birgə layihələrin həyata keçirilməsini çətinləşdirib", - nazir qeyd edib.

Digər xəbərlər