Bu gün Goranboy rayonunun Yenikənd kəndi ərazisində mina hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, Goranboy rayonun Qaraçinar kənd sakini, 1980-ci il təvəllüdlü Abbasov Qalib Kamran oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş Goranboy rayonu Yenikənd kəndi ərazisində mal-qara otararkən minaya düşərək xəsarət almışdır. Xəsarət alan şəxsin sol ayağı dizdən aşağı amputasiya edilib.
Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır
***
14:20
Goranboyda 45 yaşlı kişi minaya düşüb.
Operativ Media xəbər verir ki, hadisə rayonun Qaraçinar kəndinin yaxınlğında, Baranbat meşəsi ərazisində qeydə alınıb.
Belə ki, Kəlbəcər rayon sakini 1980-ci il təvəllüdlü Q. Abbasov mina partlaması nəticəsində ağır xəsarət alıb. O, xəstəxanaya aparılıb.
Məlumata görə, Q. Abbasov meşə ərazisində mal-qara otaran zaman minaya düşüb.
Faktla bağlı araşdırma aparılır.
Apa