Menyu

Qaradağda avtomobildə partlayış baş verib

Operativ Media
Qaradağda  avtomobildə partlayış baş verib

 Bakı şəhəri, Qaradağ rayonu ərazisində avtomobildə partlayış baş verməsi barədə məlumat daxil olub.

Operativ Media-ya bu barədə FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus “MERCEDES” markalı minik avtomobilinin qaz balonunda yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Partlayış nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər