BƏƏ Prezidentinin müşaviri Uitkoff və Kuşner ilə Qəzzanın vəziyyətini müzakirə edib

Şəfa Hüseynli
BƏƏ Prezidentinin müşaviri Uitkoff və Kuşner ilə Qəzzanın vəziyyətini müzakirə edib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) milli təhlükəsizlik müşaviri Şeyx Təhnun bin Zayed Əl Nəhyan ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff və kürəkəni Cared Kuşnerlə atəşkəsin əldə olunmasından sonra Qəzza zolağındakı vəziyyəti müzakirə edib.

Operativ Media xəbər verir ki, bu barədə "WAM Emirates" xəbər agentliyi məlumat yayıb.

İki ölkə nümayəndələri arasında danışıqlar Uitkoff və Kuşnerin İsrailə səfərini başa vurduqdan sonra Əbu-Dabidə baş tutub.

Agentliyin məlumatına görə, görüş iştirakçıları ABŞ-nin Prezident Donald Trampın planı çərçivəsində əldə edilmiş razılaşmanın möhkəmlənməsini təmin etmək üçün göstərdiyi səyləri də müzakirə ediblər.

Digər xəbərlər