Tramp Putinlə telefon danışığı aparıb - YENİLƏNİB

Əsəd Abbaslı
Tramp Putinlə telefon danışığı aparıb - YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp telefon danışığı zamanı ikitərəfli əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

"Prezidentlər müxtəlif istiqamətlərdə Rusiya-ABŞ əməkdaşlığının bərpası perspektivləri barədə fikir mübadiləsi aparıblar. Hər iki dövlət başçısının fikrincə, bu, böyük potensiala malikdir", - Y.Uşakov söyləyib.

Onun sözlərinə görə, söhbətin sonunda hər iki lider fikir mübadiləsini müsbət və çox məhsuldar adlandırıb. Prezidentlər Rusiya-Ukrayna nizamlanması da daxil olmaqla, təmasları davam etdirmək barədə razılığa gəliblər.

20:48

Donald Tramp ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Operativ Media xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Məlumata görə, danışıq 1 saat 15 dəqiqə davam edib.

Trampın sözlərinə görə, əsas mövzu Rusiyadakı aerodromlara edilən son hücumlar olub.

Putin bu hücumlara cavab verəcəyini çox qəti şəkildə bildirib.

Digər xəbərlər