Türkiyənin daxili işlər naziri Azərbaycana təşəkkür edib

Nərmin Qocamanlı
Türkiyənin daxili işlər naziri Azərbaycana təşəkkür edib

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Azərbaycana təşəkkür edib.

Operativ Media xəbər verir ki, bu barədə o, Kahramanmaraşda "Azərbaycan məhəlləsi"nin açılış mərasimində bildirib.

“Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Can Azərbaycanın Prezidentinin iştirakı ilə tikintisini bitirdiyimiz yeni yaşayış kompleksinin açılışını həyata keçirəcəyik, verdiyimiz daha bir sözü tutacağıq. Heç bir ölkə bu qədər qısa zaman ərzində hardasa yarım milyon tikilini yenidən inşa edə bilməz. Bu qədər köçə, savaşa baxmayaraq, etdiklərimizi bütün dünya izləyir. Bu gündən sonra da yatmadan, dincəlmədən bütün zəlzələdən zərərçəkənlərə verdiyimiz sözləri tutmağa davam edəcəyik. Dəstək üçün can Azərbaycana, Azərbaycan Prezidentinə təşəkkür edirəm”.

Digər xəbərlər