Cəbrayıl, Laçın və Zəngilanda 60 nəfər işçi axtarılır - VAKANSİYA

Fərrux Qocamanlı
Baxış: 2766
Cəbrayıl, Laçın və Zəngilanda 60 nəfər işçi axtarılır - VAKANSİYA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Cəbrayıl, Laçın və Zəngilan rayonlarında növbəti əmək yarmarkaları  keçirəcək.

Operativ Media xəbər verir ki, yarmarkalar Cəbrayılda iyunun 23-ü saat 15:00-da “Yapıncı Tekstil” tikiş sexində, Zəngilanda iyunun 24-ü saat 14:00-da “Ağalı” hoteldə, Laçında iyunun 25-i saat 11:00-da Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın rayon xidmət şöbəsində təşkil olunacaq.

Bu aktiv məşğulluq tədbirlərində ümumilikdə 5 işəgötürən tərəfindən 60 vakansiya (tikişçi, xalçaçı, elektrik, santexnik, operator, təsərrüfatçı, bənna, aşpaz, bağban və s.) təqdim olunacaq.

Tədbirə qatılan sakinlərə vakansiyalar, iş öhdəlikləri barədə məlumat veriləcək, uyğun namizədlərin qeydiyyatı aparılacaq.

Digər xəbərlər