http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

DSX-nin zabit-gizirlər üçün yaşayış binaları xidməti istifadəyə verilib

16 Fevral 2023 , 09:25
DSX-nin zabit-gizirlər üçün yaşayış binaları xidməti istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə kompleks tədbirlər davam etdirilir.


Fevral ayının 15-də Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində zabit-gizirlər üçün yaşayış binaları xidməti istifadəyə verilmişdir.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.


Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin, eləcə də Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirən bacı və qardaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş ərazilərimizdə hərbi qulluqçular və onların ailə üzvləri üçün nəzərdə tutulmuş növbəti yaşayış binalarının təntənəli açılışı münasibətilə şəxsi heyəti təbrik etmişdir. 


Çıxışda ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və dövlət sərhədlərimizin işğaldan azad edilməsindən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi qeyd olunmuş, görülən işlər çərçivəsində yeni hərbi hissələrin xidməti-döyüş fəaliyyətinə başlamasının dövlət sərhədinin mühafizəsi məsələlərinə ali diqqətin növbəti təzahürü olması bildirilmişdir. 


Vətən Müharibəsində döyüş tapşırıqlarını uğurla icra edərək şücaət göstərən, bu gün də düşmən işğalından azad olunmuş müqəddəs sərhədlərimizin toxunulmazlığını təmin edən Azərbaycan sərhədçilərinin ölkəmizin ərazi hüdudlarının mühafizəsi vəzifəsini hər zaman layiqincə yerinə yetirəcəkləri vurğulanmışdır.


Açılış mərasimindən sonra xidməti istifadəyə verilmiş yaşayış binalarında yaradılmış şəraitlə tanış olunmuş və xidməti mənzillərə baxış keçirilmişdir. 
Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilmişdir.

OXŞAR XƏBƏRLƏR
Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

Müdafiə Nazirliyində fotoqraf Reza Deqatinin iştirakı ilə master-klas keçirilib

Türkiyə silahlı qüvvələri 3 terrorçunu zərərsizləşdirib

Türkiyə silahlı qüvvələri 3 terrorçunu zərərsizləşdirib

Müdafiə Nazirliyi həftəlik icmal təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmal təqdim etdi - VİDEO

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu