Azərbaycan və "Orient Cable" arasında "yaşıl enerji ötürmə" əməkdaşlığı müzakirə olunub

Əziz Əzizli
Azərbaycan və "Orient Cable" arasında "yaşıl enerji ötürmə" əməkdaşlığı müzakirə olunub

Azərbaycan Çində dünyanın aparıcı sualtı kabel şirkətlərindən biri olan "Orient Cable" ilə "yaşıl enerji ötürmə" infrastrukturunun yaradılmasını müzakirə edib.

Operativ Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Çində "Orient Cable" şirkətində olduq. İnnovativ sualtı və yerüstü kabel sistemləri üzrə həllər təqdim edən şirkətin "yaşıl enerji ötürmə" infrastrukturu, sualtı və yüksək gərginlikli kabellər, dəniz avadanlıqları və mühəndisliyi sahəsindəki fəaliyyətləri ilə yaxından tanış olduq. Bu təcrübə Azərbaycanın "yaşıl enerji dəhlizi" və interkonnektor layihələrinin həyata keçirilməsi baxımından faydalı oldu", - nazir qeyd edib.

Şəkil Qalereyası

Azərbaycan və "Orient Cable" arasında "yaşıl enerji ötürmə" əməkdaşlığı müzakirə olunub - Şəkil 1
Azərbaycan və "Orient Cable" arasında "yaşıl enerji ötürmə" əməkdaşlığı müzakirə olunub - Şəkil 2

Digər xəbərlər