Konqo Demokratik Respublikası (KDR) və Ruanda sülh sazişi imzalayıblar.
Operativ Media xəbər verir ki, ABŞ Dövlət Departamentinin YouTube kanalında Vaşinqtonda keçirilən rəsmi mərasim canlı yayımlanıb.
Sənədi ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə Konqo Demokratik Respublikasının xarici işlər naziri Tereza Kayivamba və Ruandanın xarici işlər naziri Olivye Nduhungirhe imzalayıblar.
ABŞ-nin vasitəçiliyi ilə imzalanan bu saziş Konqo Demokratik Respublikasının şərqindəki döyüşlərə son qoymağı və iki ölkə arasında daha sıx iqtisadi əməkdaşlıq qurmağı hədəfləyir.