Şuşa Qlobal Media Forumu dünyanın müxtəlif ölkələrində sosial media istifadəçilərinin diqqət mərkəzinə çevrilib.
Operativ Media xəbər verir ki, tədbirlə bağlı paylaşımların artması nəticəsində “Azerbaijan”, “ShushaGlobalMediaForum” və “IlhamAliyev” həştəqləri bir neçə ölkənin trend siyahısında yer alıb.
Xatırladaq ki, III Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140-a yaxın xarici qonaq, o cümlədən 30-dan çox informasiya agentliyinin, 7 beynəlxalq təşkilatın, 80-ə yaxın media strukturunun, eləcə də digər ixtisaslaşmış qurumların nümayəndələri iştirak edir.