http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Müdafiə naziri Gürcüstanın Müdafiə Qüvvələri komandanı ilə görüşüb

20 Fevral 2023 , 14:56
Müdafiə naziri Gürcüstanın Müdafiə Qüvvələri komandanı ilə görüşüb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-mayor Giorgi Matiaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan general-polkovnik Z.Həsənov xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın mövcudluğunu diqqətə çatdırıb.

Azərbaycan, Türkiyə və Gürcüstanın ikitərəfli və üçtərəfli əməkdaşlığının yüksək səviyyədə olduğunu bildirən nazir bunun regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını xüsusi vurğulayıb.

General-polkovnik Z.Həsənov Qarsda keçirilən “Qış təlimi - 2023”də hərbi qulluqçuların yüksək peşəkarlıq nümayiş etdirdiyini qeyd edərək, birgə təlimlərin ordularımız arasında təcrübə mübadiləsində və döyüş qabiliyyətinin daha da yüksəldilməsində mühüm rol oynadığını bildirib.

Müdafiə naziri Cənubi Qafqazın ölkə rəhbərlərinin iştirakı ilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən plenar iclasdakı görüşün əhəmiyyətini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin "biz təbii ki, istəyirik Avrasiyada sülh bərqərar olunsun" sözlərini xatırladan nazir regionda sülhün təmin olunması istiqamətində görülən işlərdən danışıb.

General-mayor G.Matiaşvili səmimi qəbula görə minnətdarlığını ifadə edib.  Ölkələrimiz arasında hərbi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının regional təhlükəsizliyə töhfə verdiyini qeyd edib.

Görüşdə hərbi, hərbi texniki, hərbi təhsil  sahələrində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Antoni Blinken Prezident İlham Əliyevə zəng edib

Antoni Blinken Prezident İlham Əliyevə zəng edib

ABŞ Zəngəzur dəhlizi ilə bağlı müzakirələri izləyir

ABŞ Zəngəzur dəhlizi ilə bağlı müzakirələri izləyir

Havanın temperaturu 3-6° aşağı enəcək - XƏBƏRDARLIQ

Havanın temperaturu 3-6° aşağı enəcək - XƏBƏRDARLIQ

XƏBƏR LENTİ
  • 22:54

    Ukraynanın ən qaynar nöqtəsi açıqlanıb
  • 22:31

    Gürcüstan-Rusiya sərhədində məhdudiyyətlər tətbiq ediləcək
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
Menyu