MN: HHQ-nin helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib - VİDEO
Nərmin Qocamanlı
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, plana uyğun olaraq helikopterlər bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edib.
Helikopter ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Teqlər:
"MN: HHQ-nin helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib - VİDEO"