http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Gürcüstan nümayəndə heyəti XTQ və HDQ hərbi hissələrində olub - VİDEO

23 Fevral 2023 , 12:39
Gürcüstan nümayəndə heyəti XTQ və HDQ hərbi hissələrində olub - VİDEO

Ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın nümayəndə heyəti Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) və Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi hissələrini ziyarət edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbərə görə, əvvəlcə qonaqlar Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzərək ehtiram nümayiş etdiriblər.

Nümayəndə heyətinə xüsusi təyinatlıların hazırlıq prosesi haqqında ətraflı məlumat verilib, qonaqları maraqlandıran suallar cavablandırılıb. Gürcüstan nümayəndə heyətinin rəhbəri hərbi hissənin “Xatirə kitabı”na ürək sözlərini yazıb.
Sonra HDQ-nin hərbi hissəsinə gələn gürcüstanlı nümayəndələr burada şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzüblər.
Nümayəndə heyəti hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitlə praktiki tanış olublar. Hərbi hissənin yaranma tarixi və icra olunan fəaliyyətlərlə bağlı brifinq təqdim edilib.
Daha sonra nümayəndə heyəti dəniz xüsusi təyinatlılarının nümayiş məşğələlərini izləyib. Qonaqlara dəniz piyadalarının və xüsusi təyinatlılarının istifadəsində olan müasir silahlar, döyüş və nəqliyyat vasitələri təqdim edilib.
Qarşılıqlı hədiyyələr təqdim olunduqdan sonra birgə xatirə şəkili çəkdirilib

OXŞAR XƏBƏRLƏR
Antoni Blinken Prezident İlham Əliyevə zəng edib

Antoni Blinken Prezident İlham Əliyevə zəng edib

ABŞ Zəngəzur dəhlizi ilə bağlı müzakirələri izləyir

ABŞ Zəngəzur dəhlizi ilə bağlı müzakirələri izləyir

Havanın temperaturu 3-6° aşağı enəcək - XƏBƏRDARLIQ

Havanın temperaturu 3-6° aşağı enəcək - XƏBƏRDARLIQ

XƏBƏR LENTİ
  • 22:01

    Ukrayna gələn həftə müttəfiqlərini Qələbə Planı ilə tanış edəcək
  • 21:40

    ABŞ sanksiyaları Gürcüstanda parlament seçkilərinə müdaxilə adlandırılıb
  • 21:33

    Asif Yusifli AXCP-dən ayrıldığını açıqlayıb
  • 21:00

    "Neftçi” – “Qarabağ” matçının yeri dəyişdirildi
  • 20:43

    Britaniyalı nazir Rusiya hakimiyyətini faşizmdə ittiham edərək həlak olanların xatirəsini təhqir edib
  • 20:21

    ABŞ Gürcüstanda 60-dan çox şəxsə sanksiya tətbiq edib
  • 19:59

    Rumıniyada 5,2 bal gücündə zəlzələ olub
  • 19:39

    Trampa ikinci sui-qəsd cəhdində şübhəli bilinən şəxs ittiham edilib
Menyu