Venesuelada zəlzələ qurbanlarının sayı 920 nəfərə çatıb - YENİLƏNİB
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 920-yə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə Milli Assambleyanın (parlament) sədri Xorxe Rodrigez "EFE"yə məlumat verib.
Onun sözlərinə görə, daha 3300 nəfər yaralanıb.
21:56
Venesuelada zəlzələdən sonra 50 mindən çox insan itkin düşüb.
Operativ Media xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Baş katibinin müavini Tom Fletçer bildirib.
"Bu, olduqca mürəkkəb bir xilasetmə əməliyyatıdır. 50 mindən çox insan itkin düşüb, 500-dən çox insan isə ölüb, ona görə də dağıntıları təmizləmək böyük bir işdir", - deyə BMT rəsmisi qeyd edib.
24 iyunda Venesuelada zəlzələ baş verib. Təxminən 40 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki təkan qeydə alınıb. Zəlzələdən sonra 214 afterşok qeydə alınıb. Son məlumatlara görə, Venesuelada 589 nəfər ölüb , təxminən 3000 nəfər yaralanıb.
09:00
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı artaraq 235 nəfərə çatıb, daha 4300-dən çox insan yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə Venesuela mediasına istinadən xəbər verir.
Qeyd edək ki, Venesuela hakimiyyəti fövqəladə vəziyyət elan edib.
dəqiqələr içində saytın olsun.