Menyu

Azərbaycan atleti Avropa birinciliyində 3 medal qazandı

Operativ Media
Azərbaycan atleti Avropa birinciliyində 3 medal qazandı

Azərbaycan atleti Məhəmməd Rüstəmli Kosovonun Priştina şəhərində keçirilən U 15 və yeniyetmələrin Avropa birinciliyində 2 gümüş və 1 bürünc medal qazanıb. Birdən qaldırma hərəkətində 91 kq çəkini ram edən Məhəmməd qitə miqyaslı yarışın bürünc mükafatını əldə edib.

Operativ Media xəbər verir ki, 55 kq çəki dərəcəsində yarışan Rüstəmli təkanla qaldırma növündə daha yaxşı çıxış edib. Bu dəfə 110 kq ağırlığı başı üzərinə qaldıran təmsilçimiz Avropa birinciliyinin gümüş medalına sahib olub. Beləliklə iki hərəkətin cəmində 201 kq nəticə göstərən Məhəmməd Rüstəmli toplamda da fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Qeyd edək ki, medalçıların mükafatlandırma mərasimində AAF-ın vitse-prezidenti Firdovsi Umudov da iştirak edib. 

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər