Menyu

Rusiya PUA-ları ticarət mərkəzinə zərbələr endirib - YENİLƏNİB 2

Operativ Media
Rusiya PUA-ları ticarət mərkəzinə zərbələr endirib - YENİLƏNİB 2

Ukrayna Prezidenti Volodimir Zelenski Krivoy Roqda ticarət mərkəzinə Rusiyanın PUA zərbəsindən sonra xilasetmə əməliyyatının davam etdiyini bildirib.

Operativ Media xəbər verir ki, Zelenskinin sözlərinə görə, hücum nəticəsində 14 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

Yaralananlar arasında 11 uşağın olduğu bildirilib.

O qeyd edib ki, ticarət mərkəzinə bir neçə Rusiya PUA-sı ilə ardıcıl zərbələr endirilib və hazırda ərazidə bütün zəruri qüvvələr xilasetmə işlərinə cəlb olunub.

Zelenski bildirib ki, ticarət mərkəzində ola biləcək şəxslərlə bağlı məlumatlar dəqiqləşdirilir.

Ukrayna Prezidenti həlak olanların ailələrinə başsağlığı verib, Rusiyanın hücumunu pisləyib və Ukraynanın buna cavab verəcəyini bildirib.

Zelenski həmçinin beynəlxalq ictimaiyyəti Rusiyanın hücumlarına səssiz qalmamağa və Ukraynanın insanların həyatını qoruması üçün zəruri imkanlarla təmin olunmasına dəstək verməyə çağırıb.

20:45

Rusiya Silahlı Qüvvələrinin Krivoy Roqa endirdiyi PUA zərbəsi nəticəsində yaralananların sayı 103 nəfərə çatıb, onlardan 11-i uşaqdır.

Operativ Media xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, yaralananlardan 27-nin vəziyyəti ağırdır.

Son məlumatlara görə, 6 nəfər ölüb.

19:22

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Krivoy Roq şəhərində ticarət mərkəzinə zərbə endirdiyini bildirib.

Operativ Media xəbər verir ki, Zelenski sosial şəbəkədəki paylaşımında hücumun iki dalğa ilə həyata keçirildiyini qeyd edib.

Onun sözlərinə görə, ilk zərbədən və yanğının başlamasından təxminən yarım saat sonra xilasedicilərin üzərinə də təkrar hücum olub.

Zelenski bildirib ki, hazırda hücum nəticəsində 5 nəfərin öldüyü, 52 nəfərin isə yaralandığı məlumdur. Yaralılar arasında 6 uşağın olduğu qeyd edilib.

Ukrayna Prezidenti həlak olanların yaxınlarına başsağlığı verib və yaralılara lazımi tibbi yardım göstərildiyini bildirib.

Zelenski hücumu terror aktı adlandıraraq, beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı real təzyiq göstərməyə çağırıb.

18:30

Rusiya Silahlı Qüvvələri Ukraynanın Krivoy Roq şəhərində yerləşən iri ticarət kompleksinə pilotsuz uçuş aparatı ilə zərbə endirib.


Operativ Media xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.

Məlumata görə, zərbə nəticəsində ticarət kompleksində güclü yanğın başlayıb və obyekt ciddi zədələnib.

İlkin məlumata əsasən, mülki əhali arasında çoxsaylı xəsarət alanlar var.

Qurbanların dəqiq sayı hələ açıqlanmayıb.
Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər