Menyu

Zelenski: Rusiya yeni hücuma hazırlaşır

Operativ Media
Zelenski: Rusiya yeni hücuma hazırlaşır

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın yaxın günlərdə ölkə ərazisinə yeni genişmiqyaslı zərbə endirməyə hazırlaşdığını açıqlayıb.

Operativ Media xəbər verir ki, Zelenski bu barədə kəşfiyyat məlumatlarına əsaslanaraq axşam videomüraciətində danışıb.

Onun sözlərinə görə, ehtimal olunan hücumun qarşıdakı 48 saat ərzində həyata keçirilməsi mümkündür. Ukrayna prezidenti vətəndaşları hava həyəcanı siqnallarına diqqətlə yanaşmağa və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

Zelenski çıxışında Qərb ölkələrinə də müraciət edərək Ukraynaya hava hücumundan müdafiə sistemlərinin çatdırılmasının sürətləndirilməsinin vacibliyini vurğulayıb.

O, bu istiqamətdə əldə olunan razılaşmaların gecikdirilmədən icra edilməsinin əhəmiyyətini qeyd edib.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər