Mina partlayışı nəticəsində ilin birinci yarımilində 2 nəfər həlak olub, 11 nəfər xəsarət alıb
Operativ Media
Ermənistanın mina terroru nəticəsində 2026-cı ilin birinci yarımilində mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 2 nəfər həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında qeyd olunub.
Bildirilib ki, sözügedən dövrdə 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Qeyd edilib ki, 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 430 şəxs bu terrorun qurbanı olub, onlardan 73 nəfəri həlak olub, 357 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma