Menyu

“Mançester Siti” Abduqodir Xusanovla yeni müqavilə imzalayıb

Operativ Media
“Mançester Siti” Abduqodir Xusanovla yeni müqavilə imzalayıb

“Mançester Siti” Özbəkistan millisinin müdafiəçisi Abduqodir Xusanovla yeni müqavilə imzalayıb.

Operativ Media xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

22 yaşlı futbolçunun sözləşməsi 2031-ci ilin yayına qədər uzadılıb. Onun əvvəlki müqaviləsi 2029-cu ilin yayında başa çatmalı idi.

Qeyd edək ki, Xusanov 2025-ci ilin yanvarında Fransanın “Lans” klubundan “Mançester Siti”yə transfer olunub. O, bu müddətdə bütün turnirlərdə 47 oyunda meydana çıxıb və 1 qol vurub.

Özbəkistanlı müdafiəçi “şəhərlilər”in heyətində İngiltərə Kubokunu və Liqa Kubokunu qazanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər