Qazaxıstan və Azərbaycan Transxəzər nəqliyyat marşrutunun inkişafını müzakirə ediblər
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev, “Samruk-Kazına” ASC-nin İdarə Heyətinin sədri Nurlan Jakupov və “Qazaxıstan Dəmir Yolları”nın İdarə Heyətinin sədri Eljas Otınşıyev ilə görüş keçirib.
Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Görüş zamanı tərəflər nəqliyyat və logistika sahəsində strateji tərəfdaşlığın inkişaf etdirilməsi, eləcə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TCITR) çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi məsələlərini müzakirə ediblər.
Tərəflər həmçinin Qazaxıstan və Azərbaycan arasında yük daşımalarının mövcud dinamikasını, eləcə də nəqliyyat əməkdaşlığının gücləndirilməsi, nəqliyyat səmərəliliyinin artırılması və iki ölkənin tranzit potensialının daha da inkişaf etdirilməsi tədbirlərini müzakirə ediblər.