Menyu

Ağdamda açıq ərazilərdə yanğın baş verib - YENİLƏNİB

Operativ Media
Ağdamda açıq ərazilərdə yanğın baş verib - YENİLƏNİB

Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində baş verən yanğın hələ də davam edir.

Operativ Media xəbər verir ki, yanğın əsasən rayonun bir sıra kəndləri istiqamətində yerləşən, mina və partlamamış döyüş sursatları ilə çirklənmiş açıq əraziləri əhatə edib.

Gündüz saatlarında başlayan yanğın ətraf yaşayış məntəqələrindən də aydın müşahidə olunur.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və xüsusi texnikası cəlb olunub. Hazırda alovun söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

16:42

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qazaxlar, Cəbrayıl rayonunun Çaxırlı və Mehdili kəndləri istiqamətlərində açıq ərazidə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

Bu barədə Operativ Media-ya FHN-dən məlumat verilib.

Məlumatlarla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Ərazilərin minalanmış və havanın küləkli olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

Hazırda yanğınların söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər