Evdən qızıl əşyaları oğurlayan qadın saxlanılıb
Operativ Media
Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı R.Quliyeva müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkənin evini satışa çıxardığını öyrəndikdən sonra özünü alıcı kimi təqdim edərək evə daxil olub və talama cinayətini törədib.
Araşdırma davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net