PSJ "Ayaks"ın vingeri Mik Qodtsun transferi üçün danışıqlara başlayıb
Operativ Media
Fransanın PSJ klubu Niderlandın "Ayaks" komandasının vingeri Mik Qodtsu heyətinə cəlb etmək niyyətindədir.
Operativ Media xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 21 yaşlı belçikalı futbolçunun keçidi "Monako"nun vingeri Manes Akliuşun olası transferinə əlavə olaraq nəzərdən keçirilir.
Qodts ötən mövsüm Amsterdam təmsilçisinin heyətində bütün turnirlərdə ümumilikdə 44 rəsmi matçda dörd tərəfdən meydana çıxaraq 17 qol vurub və 15 məhsuldar ötürmə müəllifi olub. Gənc hücumçunun "Ayaks" ilə mövcud müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
"Transfermarkt" portalı onun transfer dəyərini 35 milyon avro qiymətləndirir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net