Menyu

Dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb

Operativ Media
Dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, "Daçnik" adlanan və ən yaxın sularda xilasetmə məntəqəsindən 2 kilometr aralı dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb.

Bu barədə Operativ Media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2001-ci il təvəllüdlü Nizami Kərimovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər