Menyu

MMU ali təhsil müəssisələrinin sərgisində iştirak edib

Operativ Media
MMU ali təhsil müəssisələrinin sərgisində iştirak edib

Bakı şəhərində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisi keçirilib. 

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Abituriyentləri ali təhsil müəssisələrinin fəaliyyət istiqamətləri, tədris imkanları və məzunların karyera perspektivləri ilə yaxından tanış etmək məqsədilə DİM-in Elektron İmtahanlar Korpusunda təşkil edilən tədbirdə Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti (MMU) də təmsil olunub. 

Universitetin nümayəndə heyəti, eləcə də MMU-nun tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun zabit və kursantları ziyarətçilərə hərbi təhsil sistemi, qəbul qaydaları, tədris prosesi və hərbi xidmətin perspektivləri barədə ətraflı məlumat veriblər.

MMU-nun stendində universitetin fəaliyyəti və təhsil imkanlarını əks etdirən məlumat kitabçaları, müxtəlif təqdimat materialları və digər əyani vəsaitlər nümayiş etdirilib. 

Bununla yanaşı, ziyarətçilərə hərbi təhsil sahəsində həyata keçirilən yeniliklər, müasir tədris infrastrukturu, xaricdə təhsil imkanları və kadr hazırlığı sistemi barədə məlumat təqdim olunub.

Sərgi çərçivəsində gənclərin hərbi peşəyə marağının artırılması, onların gələcək peşə seçimində düzgün istiqamətləndirilməsi və hərbi təhsil müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olmaları məqsədilə maarifləndirici söhbətlər aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Tədbirdə iştirak edən DİM İdarə Heyətinin sədri Məleykə Abbaszadə MMU-nun stendi ilə tanış olub, abituriyentlərin hərbi təhsilə cəlbediciliyinin artırılması istiqamətində öz tövsiyələrini verib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər