Taksi sürücüsünə qarşı quldurluq edən şəxs saxlanılıb
Şəfa Hüseynli
Paytaxtın Binəqədi rayonunda talama cinayəti qeydə alınıb.
Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Zərərçəkən idarə etdiyi “KİA” markalı avtomobildə müştəri kimi əyləşmiş naməlum şəxsin onu kəsici-deşici alətlə hədələyərək pul vəsaitini ələ keçirdiyi barədə polisə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı T.Binyətov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net