Menyu

Azərbaycan Əlcəzairdəki avtobus qəzası ilə bağlı başsağlığı verib

Operativ Media
 Azərbaycan Əlcəzairdəki avtobus qəzası ilə bağlı başsağlığı verib
1 dəq oxu

Azərbaycan Xarici İşlər Nazirliyi Əlcəzairin Bumərdəs vilayətində baş vermiş və çoxsaylı insanın həyatına son qoyan sərnişin avtobusu qəzası ilə bağlı başsağlığı verib.

Operativ Media xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

"Faciə nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların hamısına tezliklə tam sağalma arzulayırıq. Azərbaycan bu ağır gündə Əlcəzairlə həmrəy olduğunu bildirir", – deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Əlcəzairin Bumerdes əyalətində sərnişin avtobusunun aşması nəticəsində azı 25 nəfər ölüb.

Əlaqəli Xəbərlər