Azərbaycan XİN Yaponiyada baş verən zəlzələ ilə bağlı başsağlığı verib
Operativ Media
Azərbaycan Xarici İşlər Nazirliyi Yaponiyanın Kumamoto prefekturasında baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar başsağlığı verib.
Operativ Media xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
"Yaponiya hökumətinə və xalqına, xüsusilə yaxınlarını itirən ailələrə səmimi başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını arzulayır, zərər çəkmiş icmaların bu faciənin nəticələrini ən qısa zamanda aradan qaldıracağına ümid edirik", – deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, Yaponiyanın Baş naziri Sanae Takaiçi baş vermiş 7,1 maqnitudalı zəlzələ ilə bağlı başsağlığı verən və yardım təklif edən ölkələrə təşəkkür edib.
Takaiçinin təşəkkür etdiyi ölkələr arasında Azərbaycan da yer alıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net