Menyu

Ərdoğana sui-qəsdə cəhd edən şəxs saxlanılıb

Operativ Media
Ərdoğana sui-qəsdə cəhd edən şəxs saxlanılıb

Türkiyə Daxili İşlər Nazirliyi 2016-cı il iyulun 15-də Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd cəhdində iştirak edən qaçaq şəxsin saxlanıldığını elan edib.

Operativ Media xəbər verir ki, saxlanılan şəxs Prezidentə sui-qəsd etmək niyyəti ilə zorakı dövlət çevrilişi cəhdi günü Marmaris vilayətinə gələn Fətullah Gülən Terror Təşkilatının (FETÖ) 37 tərəfdarından ibarət qrupun üzvü olub.

Nazirlik qeyd edib ki, İnterpolun qırmızı bülleteninə daxil edilmiş FETÖ terrorçusu B.K. avqustun 1-də səhər saatlarında Afyonkarahisar vilayətində keçirilən əməliyyat zamanı yaxalanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarına əməliyyatın uğurlu icrasına görə təşəkkür edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər