Menyu

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşəcək

Operativ Media
"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşəcək

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Operativ Media xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Püşkatmada “Dinamo” (Kiyev, Ukrayna) – “Qarabağ” (Azərbaycan) cütünün qalibinin də rəqibi müəyyənləşəcək. “Atlılar” mərhələni keçsə, pley-offda aşağıdakı komandalardan birinə rəqib olacaq:

“Hetafe” (İspaniya).

“Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) cütünün qalibi.

“Beytar” (İsrail) – “Austriya” (Vyana, Avstriya) cütünün qalibi.

“Makkabi” (Tel-Əviv, İsrail) – SSKA (Sofiya, Bolqarıstan) cütünün məğlubu.

Qeyd edək ki, Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27 avqustda keçiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər