Menyu

"Balakən" KSES-də istehsal olunan enerjinin həcmi açıqlanıb

Operativ Media
"Balakən" KSES-də istehsal olunan enerjinin həcmi açıqlanıb

İstismar edildiyi tarixdən bu ilin iyulun 1-dək "Balakən" Kiçik Su Elektrik Stansiyasında (KSES) ümumilikdə 29,7 milyon kVt/saat elektrik enerjisi istehsal olunub.

Bu barədə Operativ Media-ya Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, KSES-lərdə ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal olunur və ətraf mühitə istixana effekti yaradan qazlar atılmır.

Qeyd edək ki, "Balakən" KSES-in açılışı 2017-ci ilin 3 avqust tarixində olub. KSES Balakən çayı üzərində tikilib və ümumi gücü 1,44 MVt-dır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər