Menyu

"Dinamo"nun futbolçusu: "Qarabağ"ı mütləq keçməliyik

Operativ Media
"Dinamo"nun futbolçusu: "Qarabağ"ı mütləq keçməliyik

“PAOK-la oyunda səhvlərimiz oldu. Daha çox çalışmalı, başımızı dik tutmalı və irəli baxmalıyıq. Təsnifat mərhələsi davam edir, qarşıda bizi Konfrans Liqasında “Qarabağ”la oyunlar gözləyir. Meydanda layiq olduğumuzu sübut etməli və növbəti mərhələyə yüksəlməliyik”.

Operativ Media xəbər verir ki, bunu Kiyev “Dinamo”sunun yarımmüdafiəçisi Roman Salenko Ukrayna mətbuatına açıqlamasında deyib.

21 yaşlı oyunçu UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək oyunları dəyərləndirib: “Bilirəm ki, “Qarabağ” Çempionlar Liqasının ötən mövsümündə “Çelsi” ilə qarşılaşıb və səhv etmirəmsə, heç-heçə edib (2:2). Komanda çox keyfiyyətli futbol nümayiş etdirir. Güclü və çətin rəqibdir. Amma biz onları mütləq keçməliyik”.

Qeyd edək ki, “Dinamo” ilə “Qarabağ” arasında ilk oyun avqustun 6-da Polşanın Lublin şəhərində keçiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər