Menyu

Ehtiram Quliyev Aziz Yıldırımla görüşdü: "Turan Tovuz" – "Fənərbaxça" oyunu keçiriləcək

Operativ Media
Ehtiram Quliyev Aziz Yıldırımla görüşdü: "Turan Tovuz" – "Fənərbaxça" oyunu keçiriləcək
1 dəq oxu

"Turan Tovuz" klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev “Fənərbaxça” klubunun prezidenti Aziz Yıldırımla Bakıda işgüzar görüş keçirib.

Operativ Media xəbər verir ki, tərəflər arasında keçirilən müzakirələr zamanı “Turan Tovuz” – “Fənərbaxça” yoldaşlıq oyununun təşkili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb və oyunun növbəti milli fasilə dövründə keçirilməsi qərara alınıb.

Bununla yanaşı, klublar arasında mümkün əməkdaşlıq perspektivləri də müzakirə olunub. Tərəflər əlaqələrin davamlı inkişaf etdirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi istiqamətində razılıq əldə ediblər.

Əlaqəli Xəbərlər