Menyu

"Sabah"ın Çempionlar Liqasındakı potensial rəqibləri bəlli olacaq

Operativ Media
"Sabah"ın Çempionlar Liqasındakı potensial rəqibləri bəlli olacaq

Bu gün UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin püşkü atılacaq.

Operativ Media xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə Azərbaycanı təmsilçisi "Sabah"ın da potensial rəqibi bəlli olacaq.

Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Valdas Dambrauskasın komandası 3-cü təsnifat mərhələsində "Orhus" (Danimarka) səddini keçərsə, pley-offda aşağıdakı səpələnmiş komandalardan biri ilə qarşılaşacaq:

"Seltik" (Şotlandiya)

AEK (Yunanıstan)

"Hapoel" (Ber-Şeva, İsrail) – "Srvena Zvezda" (Serbiya)cütünün qalibi

"Dinamo" (Zaqreb, Xorvatiya) – "Jalgiris" (Litva) cütünün qalibi

"Myalbü" (İsveç) – "Slovan" (Slovakiya) cütünün qalibi

Qeyd edək ki, "Sabah" ÇL-in 1-ci təsnifat mərhələsində TNS-i (Uels) hər iki oyunda üstələyib (2:0, 2:1). "Bayquşlar" 2-ci mərhələdə "KuPS"a (Finlandiya) da şans tanımayıblar (1:0, 2:0). Pley-offun qalibləri Liqa mərhələsinə vəsiqə qazanacaq, bu mərhələdə məğlub olan komandalar isə UEFA Avropa Liqasının Liqa mərhələsində mübarizə aparacaqlar. Masazır təmsilçisi "Orhus"la avqustun 5-də səfərdə, avqustun 11-də isə evdə üz-üzə gələcək.

Xatırladaq ki, ÇL-in pley-off mərhələsinin ilk matçları avqustun 18-19-da, cavab görüşləri 25-26-da baş tutacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər