Menyu

PSJ Pedri üçün "Barselona"ya 90 milyon avroluq təklif hazırlayır

Operativ Media
PSJ Pedri üçün "Barselona"ya 90 milyon avroluq təklif hazırlayır
1 dəq oxu

Fransanın PSJ​ klubu "Barselona"nın 23 yaşlı yarımmüdafiəçisi Pedrini heyətinə qatmaq niyyətindədir və futbolçunun transferi üçün ilk rəsmi təklifini təqdim etməyə hazırlaşır.

​Operativ Media xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb. İddiaya görə, Paris təmsilçisi ispaniyalı yarımmüdafiəçi üçün 90 milyon avro ödənməyə hazırdır.

​Məlumata görə, baş məşqçi Luis Enrikenin komandada görmək istədiyi "Mançester Siti"nin futbolçusu Rodri karyerasını "Real Madrid"də davam etdirməyi seçdikdən sonra "PSJ"nin Pedriyə marağı daha da artıb.

​Pedri 2020-ci ildən "Barselona"nın şərəfini qoruyur. O, bu müddət ərzində bütün turnirlərdə çıxış etdiyi 245 matçda 28 qol vurub və 33 məhsuldar ötürmə ilə yadda qalıb.

​Yarımmüdafiəçinin Kataloniya klubu ilə mövcud müqaviləsinin müddəti 2030-cu ilin yayına kimidir.

"Transfermarkt" portalı oyunçunun transfer dəyərini 150 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər