Möhsün Rzai: “İran Pakistanı əsas tərəfdaş hesab edir”
Nicat Hüseynli
İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsün Rzai Pakistanın daxili işlər naziri Möhsün Nəqvi ilə görüşdə İran və Pakistanın bir-birini əsas tərəfdaş kimi gördüyünü bildirib.
Operativ Media xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Rzai İran rəhbərliyinin Pakistanı mühüm tərəfdaş hesab etdiyini və iki ölkə arasında qarşılıqlı dəstəyin vacibliyini vurğulayıb.
O bildirib ki, İran Pakistan hökumətini, ordusunu və xalqını əsas tərəfdaş hesab edir və Pakistanın Baş naziri ilə ordu komandanının regionda artan fəallığını alqışlayır.
O, həmçinin İran Prezidenti Məsud Pezeşkianın Pakistanla münasibətlərə xüsusi önəm verdiyini və iki ölkə arasında ticarət dövriyyəsinin bir neçə dəfə artırılmasını istədiyini vurğulayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net