Menyu

Azərbaycan millisi yoxlama oyunu keçirəcək

Operativ Media
Azərbaycan millisi yoxlama oyunu keçirəcək

Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirəcək.

Operativ Media xəbər verir ki, bu haqda AFFA-nın mıətbuat xidməti məlumat yayıb.

Azərbaycan yığması Andorra ilə səfərdə qarşılaşacaq. Görüş 16 noyabr tarixində oynanılacaq. Matç Enkam inzibati bölgəsində yerləşən Nou Estadi de la FAF stadionunda olacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində Tacikistanla da (23 sentyabr) yoldaşlıq görüşü keçirəcək.

Xatırladaq ki, A milli Millətlər Liqasında sentyabrın 27-də Litva ilə səfərdə, oktyabrın 1-də Lixtenşteyn, 4-də isə Litva ilə evdə qarşılaşacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər