Menyu

Azərbaycanın voleybol millisi Portuqaliyaya qalib gəldi

Operativ Media
Azərbaycanın voleybol millisi Portuqaliyaya qalib gəldi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb.

Operativ Media xəbər verir ki, Bakıda Milli Gimnastika Arenasında təşkil olunan C qrupunun ilk qarşılaşması Azərbaycan və Portuqaliya komandaları arasında olub. 

Oyuna daha yaxşı başlayan voleybolçularımız ilk setdə qələbə qazanıblar. Gərgin keçən növbəti hissədə isə qonaqlar sevinən tərəf olublar. Bundan sonra təşəbbüsü ələ alan Faiq Qarayevin rəhbərlik etdiyi millimiz ardıcıl iki seti aktivinə yazdırıb. 

Beləliklə, Avropa çempionatının C qrupunun ilk qarşılaşmasında Azərbaycan yığması qələbə qazanıb. Komandamız bu qələbə ilə aktivinə üç xal yazdırıb. 

Qeyd edək ki, qrupumuzdakı növbəti oyunlar sabah keçiriləcək. Avqustun 22-də saat 15:30-da Belçika və İspaniya, saat 18:30-da isə Rumıniya və Niderland komandaları meydana çıxacaqlar. Azərbaycan millisi isə növbəti oyununu avqustun 23-də İspaniyaya qarşı keçirəcək.

Avropa çempionatı (CEV Trendyol EuroVolley 2026 Women)

21 avqust

Azərbaycan – Portuqaliya 3:1 (25:22, 23:25, 27:25, 25:20)

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər