Menyu

Oman və İran XİN rəhbərləri Hörmüzü müzakirə ediblər

Operativ Media
Oman və İran XİN rəhbərləri Hörmüzü müzakirə ediblər

Omanın xarici işlər naziri Bədr əl-Busaidi İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı zamanı regional gündəmi və Hörmüz boğazında gəmiçiliyin vəziyyətini müzakirə ediblər.

Operativ Media xəbər verir ki, bu barədə Omanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər dənizçilik azadlığının bərpası və qorunmasını, eləcə də regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsini asanlaşdıran praktik razılaşmalara nail olmaq üçün məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Diplomatlar həmçinin Yaxın Şərqdə baş verən son hadisələr fonunda siyasi dialoqun və danışıqlar prosesinin bərpası üçün əlverişli şəraitin yaradılması yollarını da müzakirə ediblər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər