ABŞ dövlət katibi: Tramp danışıqlar yolu ilə Ukraynada sülhə nail olmaq niyyətindədir
Nərmin Qocamanlı
ABŞ prezidenti Donald Tramp Ukraynada danışıqlar yolu ilə sülhə nail olmağı planlaşdırır.
Operativ Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalist Meqin Kelliyə müsahibəsində deyib.
"Prezidentin mövqeyi ondan ibarətdir ki, bu, uzanan münaqişədir və ona son qoyulmalıdır. Və buna danışıqlar yolu ilə son qoyulmalıdır", - Rubio bildirib.
ABŞ dövlət katibi həmçinin hesab edir ki, danışıqlar zamanı Ukrayna və Rusiya müəyyən güzəştlərə getməli olacaqlar.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma