Polşa yeni miqrantları qəbul etməyəcək
Polşa yeni miqrantları qəbul etməyəcək və Avropa İttifaqının (Aİ) tətbiq etdiyi cərimələri ödəməkdən imtina edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Tomaş Siemonyak RadioZet-ə verdiyi müsahibədə bildirib."Biz bircə immiqrantın Polşaya köçürülməsinə və onları qəbul etmədiyimiz üçün cərimələrin ödənilməsinə razı olmayacağıq", - deyə nazir vurğulayıb.
Siemonyak qeyd edib ki, Varşava qaçqınları qəbul etməyəcəyini açıq şəkildə bəyan edir və Aİ-nin miqrasiya paktının qəti əleyhdarıdır. Həmin pakt yalnız Aİ ölkələrinin miqrantlar üçün sığınacaq verməsini nəzərdə tutmur, həmçinin qəbul edilməyən hər bir qaçqın üçün 20 min avro məbləğində cərimə tətbiq edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net