Qazaxıstanda sanitar təyyarəsi sərt eniş edib
Əsəd Abbaslı
Qazaxıstanın Arkalık şəhəri yaxınlığında qar fırtınası şəraitində “An-2” sanitar təyyarəsi sərt eniş edib.
Operativ Media xəbər verir ki, bu barədə Kostanay vilayətinin Fövqəladə Hallar Departamenti məlumat yayıb.
"Bu gün Kostanay-Arkalık reysi ilə uçan “An-2” tibbi təyyarəsi güclü qar fırtınası şəraitində Arkalık şəhərindən 1,5 km məsafədə, hava limanı yaxınlığında sərt eniş edib", - məlumatda qeyd olunub.
Təyyarədə iki pilot və iki həkim olub. "Xilasedicilərin əlaqələndirilmiş və operativ fəaliyyəti sayəsində təyyarədə olan bütün şəxslər tez bir zamanda aşkar edilərək Arkalık şəhərinə çatdırılıb. Xəsarət alan yoxdur. Hadisənin təfərrüatları araşdırılır", - qurumdan bildirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net