Yaponiyada güclü qar nəqliyyatın hərəkətini dayandırıb
Əsəd Abbaslı
Yaponiyanın şimalındakı Hokkaydo bölgəsində güclü qar yağıb.
Operativ Media xəbər verir ki, bu haqda Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Bildirilib ki, son 12 saatda yağan qarın miqdarı Hokkaydo bölgəsindəki Obihiro şəhərində 120, Honbetsu şəhərində isə 85 santimetrə çatıb.
Səlahiyyətlilər hər iki şəhərə yağan qar miqdarının bütün zamanların ən yüksək səviyyəsi olduğunu açıqlayıb.
Qar yağması ilə əlaqədar bölgədə fövqəladə vəziyyət elan olunub, vətəndaşlara tufan və çovğunla bağlı xəbərdarlıq edilib.
Hava şəraiti gündəlik həyata da mənfi təsir edib.
Belə ki, Hokkaydo bölgəsində nəqliyyatın hərəkəti dayanıb, Obihiro və Vakkanai hava limanlarında da bütün uçuşlar ləğv edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net