Menyu

ABŞ-də hava limanında iki sərnişin təyyarəsi toqquşub

Əziz Əzizli
ABŞ-də hava limanında iki sərnişin təyyarəsi toqquşub

ABŞ-nin Sietl şəhərinin hava limanında iki sərnişin təyyarəsi toqquşub.

"Operativ Media" xəbər verir ki, bu barədə “Newsweek” jurnalı məlumat yayıb.

Məlumatda Yaponiya Hava Yollarına məxsus təyyarənin ABŞ-nin Delta şirkətinə məxsus təyyarəni vurduğu bildirilir.

İki təyyarənin toqquşması səbəbilə bəzi uçuşlar dayandırılıb. Nəşrin məlumatına görə, insident hava nəzarət zonasından kənarda baş verib.

ABŞ Federal Aviasiya Administrasiyası hadisə ilə bağlı araşdırma apardığını açıqlayıb.

Hadisə zamanı insan tələfatı və maddi zərərlə bağlı məlumat verilmir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər