Menyu

İstanbulda saxta içkidən ölənlərin sayı 70-ə çatıb

Əsəd Abbaslı
İstanbulda saxta içkidən ölənlərin sayı 70-ə çatıb

İstanbulda yanvarın ortalarından saxta içki qəbulundan 70 nəfər ölüb, 150-dən çox insan tibb müəssisələrinə müraciət edib.

Operativ Media xəbər verir ki, bu barədə NTV telekanalına İstanbul valisi Davut Gül məlumat verib.

"Yanvarın 14-dən fevralın 6-dək İstanbulda saxta içki qəbulundan 70 nəfər ölüb, 150-dən çox insan xəstəxanalara tibbi yardım üçün müraciət edib. Alkoqollu içkilərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar çərçivəsində 190 nəfər saxlanılıb, onlardan 11-i müvafiq cinayət işləri çərçivəsində həbs edilib", - o bildirib.

Valinin sözlərinə görə, İstanbul polisinin keçirdiyi əməliyyatlar çərçivəsində 86 min litrdən çox metil və etil spirti müsadirə edilib.

Xatırladaq ki, bu gün Ankara valisi Vasip Şahin bildirib ki, paytaxt regionunda saxta spirtli içki qəbulundan sonra 33 nəfər ölüb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər