Menyu

Ukrayna ayda 200 min dronla təmin olunur

Əsəd Abbaslı
Ukrayna ayda 200 min dronla təmin olunur

"2025-ci ildə Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlərlə, xüsusən də FPV pilotsuz təyyarələri ilə təmin olunma səviyyəsi yenidən yüksəlib."

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin birinci müavini İvan Qavrilyuk nazirliyin sosial şəbəkə səhifəsində məlumat verib.

“Hərbçilərimizin döyüş meydanında təminat səviyyəsi keçən ilin yay və payız aylarında olduğundan pis deyil. Başqa bir məsələ də odur ki, pilotsuz sistemləri, xüsusən də FPV pilotsuz təyyarələri götürsək, 2024-cü ilin birinci rübünə orta hesabla ayda 20 minlə başlamışıq, indi bu rəqəm ayda 200 minə yaxındır və getdikcə artır”, - Qavrulyuk bildirib.

Onun sözlərinə görə, söhbət təkcə FPV dronlarından deyil, digər pilotsuz sistemlərdən də gedir. Xüsusən hazırda yerüstü pilotsuz sistemlərin tətbiqi ilə bağlı çoxlu iş gedir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər