Menyu

Qazaxıstan Macarıstana neft nəqlinə başlayır

Əsəd Abbaslı
Qazaxıstan Macarıstana neft nəqlinə başlayır

Qazaxıstanın energetika naziri Almasadam Satkaliyevlə Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto arasında Astanada keçirilmiş görüşdə Qazaxıstan neftinin “Dostluq” boru kəməri ilə Macarıstana daşınması məsələsi müzakirə edilib.

Operativ Media xəbər verir ki, 2025-ci il ərzində neftin sınaq rejimində daşınmasına dair razılıq əldə olunub.

Görüşdə “KazMunayQaz” və “MOL Group” şirkətləri arasında neft-qaz sahəsində əməkdaşlıq məsələlərinə xüsusi diqqət ayrılıb.

Tərəflər hər iki şirkətin iştirak etdiyi “Rojkov” qaz-kondensat yatağının səmərəli istismarının zəruriliyini vurğulayıblar.

Qazaxıstan tərəfi AES üçün quru soyutma qüllələrinin istehsalı üzrə macar həmkarlarının, xüsusən “MVM Group” şirkətinin təcrübəsini öyrənməkdə maraqlı olduğunu qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər