Avropa Birliyi Ukrayna üçün silah anbarı yarada bilər
Avropa Birliyi təhlükəsizlik zəmanətləri çərçivəsində öz ərazisində Kiyev üçün silah anbarı yarada bilər.
Operativ Media xəbər verir ki, bunu Fransa müdafiə naziri Sebastyan Lekornu deyib.
“Ukrayna ərazisində iqtisadi maraqlar və birgə silah istehsalı nəzərə alınmaqla, müzakirələrimiz zamanı təhlükəsizlik təminatları potensial olaraq müxtəlif formalarda ola bilər. Mən həmçinin Ukrayna üçün silah anbarının yaradılması məsələsini də düşünürəm. Yeni münaqişə yaranarsa, onu dərhal Ukraynaya ötürə biləcəyik. Biz bu ideyanı irəli sürəcəyik ki, müxtəlif ölkələr ona qoşulsun”, - Lekornu bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net