Menyu

Ərdoğan: İslam ölkəsinin BMT Təhlükəsizlik Şurasında veto hüququna malik olması zərurətdir

Əsəd Abbaslı
Ərdoğan: İslam ölkəsinin BMT Təhlükəsizlik Şurasında veto hüququna malik olması zərurətdir

Qlobal qərar qəbuletmə mexanizmlərinin dəyişən qlobal şəraitə uyğunlaşmasının vaxtı çoxdan çatıb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərlə birgə iftar proqramında deyib.

Onun sözlərinə görə, dünya əhalisinin dörddə birini təşkil edən müsəlmanlar qərar vermə proseslərində layiq olduqları şəkildə təmsil olunmalıdırlar.

“BMT Təhlükəsizlik Şurasında veto hüququ olan bir İslam ölkəsinin olması indi tələbdən daha çox zərurətdir”, - deyə prezident vurğulayıb.

"Biz görürük ki, 5 daimi üzv hakimiyyəti ədalət əsasında bölmək əvəzinə, hakimiyyəti cəmləşdirərək problemlərin qarşısını almağa çalışır. Unutmayaq ki, bu dəyişiklik dalğasına qarşı durduqca problemlərimizin sayı və miqyası daha da artacaq", - deyə Türkiyə prezidenti qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər